CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kubadan koronavirusa qarşı yüz faizlik peyvənd – Abdala

Kubanın tibb idarələri preparatın koronovirusun simptomatik müalicəsi zamanı 92,28% effektivliyi müəyyən olunduqdan sonra, "Abdala"nın təcili hallarda istifadəsinə icazə vermişdilər.
Sputnik

BAKI, 18 iyul — Sputnik. Koronavirusa qarşı Kubada hazırlanmış "Abdala" peyvəndi klinik sınaqların üçüncü fazasında xəstəliyin ağır formaları və ölüm hallarına qarşı yüz faizlik effektivlik nümayiş etdirib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Kubanın Milli gen mühəndisliyi və biotexnologiyalar mərkəzinin direktoru Marta Ayala hazırda adı çəkilən peyvəndin effektivliyinin tədqiq olunması üçün fokus qrupunun 300 min nəfərə çatdırılması nəzərdə tutulduğunu deyib.

Xatırladaq ki, bir müddət əvvəl, Kubanın tibb idarələri preparatın koronovirusun simptomatik müalicəsi zamanı 92,28% effektivliyi müəyyən olunduqdan sonra, "Abdala"nın təcili hallarda istifadəsinə icazə veriblər.

Abdala – üçölçülü preparatdır, peyvəndləmə sxemi ilk dozanın vurulmasından 14 və 28 gün sonra növbəti dozaların vurulmasını nəzərdə tutur.

Bundan əlavə, Kubada "Soberana 02" peyvəndi də hazırlanıb ki, onun da iki dozadan sonra effektivliyi 62% təşkil edib və bu, Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-a qarşı peyvəndlərə qoyduğu 50%-lik effektivlik həddindən yüksəkdir.

Kubada istehsal olunan peyvəndlərin sınaqlarında 4,3 milyondan artıq insan iştirak edib.