BAKI, 18 iyul - Sputnik. Bakı Dövlət Sirkinin regionlarda çıxışlarına start verilib.
Sputnik Azərbaycan Mədəniyyət Nazirliyinin məlumatına istinadla bildirir ki, sirk Xaçmaz rayonu İstisu qəsəbəsində çıxış etmək üçün yola düşüb.
Xəzər Dəniz Gəmçiliyinin dəvəti ilə mədəniyyət ocağı Nabranda yerləşən Dənizçi İstirahət Mərkəzinin qonaqları üçün sirk proqramı ilə çıxış edib.
Proqramda alov, lazer, köpük şoularına xüsusi olaraq yer verilib.
Eyni zamanda “Sümüksüz qız”ın nümayiş etdirdiyi tryuklar ayaq üstə alqışlarla qarşılanıb. Bundan başqa, proqramda illüziyaçıların çıxışları da tamaşaçıları heyrətləndirib. Həmçinin proqramda “Filaminqo”, “Qaraçı qız” və milli rəqslərə də yer verilib.
Proqramı Bakı Dövlət Sirkinin orkestr heyəti müşayiət edib.
Pandemiyanın mədəni tədbirlərə təsiri
2019-cu il dekabrın 31-də Çində koronavirus epidemiyasının yayılması barədə məlumat daxil olandan bir neçə ay sonra ÜST onu pandemiya adlandırdı. Digər ölkələrlə yanaşı, Azərbaycan da sərt karantin tədbirlərinə start verdi.
Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah 2020-ci il martın 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirdi. Bu tədbirlərə toy, yas mərasimləri və digər kütləvi toplantıların qadağan edilməsi, mədəniyyət obyektlərinin, teatrların, muzeylərin, kinoteatrların, əyləncə mərkəzlərinin, idman mərkəzlərinin və digər əlaqəli obyektlərin bağlanması, xəstələrin bütün tibb müəssisələrində qohumlarının ziyarətinin qadağan edilməsi və s. daxil edildi.
Ölkədə mərhələlərdə yumşalma və sərtləşdirilmə tədbirləri görüldü.
Son yumşalmalar 2021-ci il mayın 31-ə təsadüf etdi: açıq havada maska taxılması məcburiyyəti ləğv edildi, aylarla işləməyən metro fəaliyyətə başladı. İyunun 10-dan etibarən isə idman zalları, ibadət yerləri, iri ticarət mərkəzləri və çimərliklər açıldı.
Eləcə də oxuyun:
Bakı Dövlət Sirki işçi axtarır
Sirkdə qorxu dolu anlar: fillər tamaşa vaxtı savaşdılar - VİDEO
Bakı Dövlət Sirkinin keçmiş direktoru vəfat edib