SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Almaniya Prezidenti və Belçika kralına başsağlığı verdi

İlham Əliyev Almaniya Prezidenti və Belçika kralına başsağlığı verdi İlham Əliyev Almaniya Prezidenti və Belçika kralına başsağlığı verdi
Sputnik

BAKI, 17 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Almaniyanın qərbində baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, mətndə bildirilir:

"Hörmətli cənab Prezident,

Almaniyanın qərbində baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".

***

Azərbaycan Prezidenti İlham Əliyev Belçikalıların Kralı Əlahəzrət Filipə başsağlığı məktubu ünvanlayıb.

Mətndə bildirilir :

"Əlahəzrət,

Ölkənizdə baş vermiş daşqınlar nəticəsində çox sayda insanın həlak olması və dağıntılar barədə xəbər məni olduqca sarsıtdı.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm".

Avropada şiddətli daşqınlar

Qeyd edək ki, Almaniyada şiddətli sel daşqınları nəticəsində ölənlərin sayı 133-ə çatıb. 1300-dən çox adam itkin düşmüş hesab olunur.

Qeyd olunur ki, 43 nəfər Şimali Reyn – Vestfaliya, daha 90 nəfər isə Reynald-Pfaltz torpağında sel qurbanı olub.

"Təəssüflər olsun ki, bu rəqəmlərin artma ehtimalı var", - deyə polis nümayəndəsi bildirib.

Hazırda Almaniyada dağıntıların aradan qaldırılması işləri aparılır. Hərbçilər də bu prosesə cəlb olunub. Onlarla yaşayış evinə ciddi zərər dəyib. Təbii fəlakətin baş verdiyi ərazidə qatarların hərəkəti dayandırılıb, avtomobil trasları bağlanıb.

Belçikada da sel daşqınları nəticəsində 20 nəfər ölüb.