SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq Avropa Şurası və Azərbaycan münasibətlərini şərh edir

Politoloq Elşən Manafov deyir ki, Azərbaycanın Avrop Birliyinə və təhlükəsizlik məkanına inteqrasiyası Birliyi düşündürən vacib məqamlardır
Sputnik

Avropa Şurası prezidenti Şarl Mişelin sabah Azərbaycana səfəri gözlənilir.

Politoloq Elşən Manafov Şarl Mişelin səfəri öncəsi situasiyanı Sputnik Azərbaycan-a şərh edib.

O bildirib ki, Azərbaycanın Avropa Birliyinə və təhlükəsizlik məkanına inteqrasiyası birliyi düşündürən vacib məqamlardandır: “Hərçənd ki, Avropa Birliyini daha çox düşündürən Azərbaycanın Avropa Birliyinin enerji təhlükəsizliyində oynadığı roldur. Heç şübhəsiz ki, Azərbaycan və Ermənistan arasında uzun müddət davam edən münaqişə də Avropa Birliyinin diqqətində olmuşdur. Bu gün bölgədə yeni geosiyasi reallıqlar yaranıb. Moskvanın moderatorluğu ilə əldə olunmuş razılıqlar bölgədə kommunikasiya dəhlizlərinin açılmasını ehtiva edir. Bu isə Avropa Birliyinin Mərkəzi Asiya və hətta Çinlə daha geniş iqtisadi münasibətlərinin qurulmasına təkan verə bilər”.

Elşən Manafovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz