MƏDƏNİYYƏT

Pablo Pikassonun "Beretli qızcığaz" tablosu kriptovalyuta ilə satılan ilk əsər olacaq

Əsərin tokenləşdirilmiş formada blokçeyn texnologiyası ilə satışı sərmayəçilərə internet vasitəsilə, eləcə də bazar fondlarında danışıqlar aparmasına və ikinci bazarda ticarətinə imkan yaradacaq.
Sputnik

BAKI, 17 iyul — Sputnik. İsveçrənin "Sygnum" bankı Pablo Pikassonun əsərini rəqəmsal aktivlərlə satışa çıxaracaq. Sputnik Azərbaycan xəbər verir ki, "Beretlı qızcığaz" (Fillette au beret) adlı 65x54 santimetr ölçülü əsər 1964-cü ildə 4 milyon İsveçrə frankı (3.6 milyon avro) dəyərində qiymətləndirilib. Əsərin satışı incəsənətə sərmayə yatırmaqda ixtisaslaşmış "Artemundi" Amerika Fondu ilə tərəfdaşlıq çərçivəsində təşkil olunacaq.

Əsərin tokenləşdirilmiş formada blokçeyn texnologiyası ilə satışı sərmayəçilərə internet vasitəsilə, eləcə də bazar fondlarında danışıqlar aparmasına və ikinci bazarda ticarətinə imkan yaradacaq. Alıcılar və satıcılar "Sygnum" bankı vasitəsilə əlaqələndiriləcəklər.

Qurumun İsveçrədəki nəzarət orqanı olan "Finma" tərəfindən tənzimləndiyini israr edən kripto-bank bildirir ki, səhmlər və ya jetonlar minimum 5 min İsveçrə frankı ilə satışa çıxarılacaq. Əməliyyatlar əsas valyuta ilə dəstəklənən rəqəmsal valyuta formasında "Sygnum" bankının stabil jetonları ilə həyata keçiriləcək.

2019-cu ildə "Sygnum" "Finma"dan bank adını alan ilk iki blokçeyn maliyyə xidməti təminatçısından biri, eləcə də dünyadakı ilk kripto banklarından biri olub.

Məlumat üçün bildirək ki, dünya şöhrətli rəssam ispan, fransız rəssamı, heykəltaraşı, qrafiki, keramisti və dizayneri, XX əsr incəsənətinin ən tanınmış şəxsiyyətlərindən biri Jorj Brakla birlikdə üçsəthli cismin orijinal tərzdə bir yerdə yerləşdirilmiş səthlər sırası kimi təsvir edildiyi kubizm cərəyanının banisidir.

Ən məşhur əsərləri sırasında erkən-kubist "Avinyonlu qızlar" (Les Demoiselles d'Avignon, 1907) və İspaniya vətəndaş müharibəsi zamanı dinc Gernika şəhərinin alman Kondor Legionu tərəfindən bombalanmasına həsr edilmiş "Gernika" (Guernica, 1937) əsəri xüsusi qeyd edilə bilər. Pikasso uşaqlığından gəncliyinədək realistik tərzdə rəsmlər çəkməklə əsrarəngiz incəsənət bacarığı nümayiş etdirib.

XX əsrin ilk onilliyində yeni mülahizələri, texnikaları və düşüncələri ilə təcrübə apardığından onun incəsənətdə istiqaməti dəyişmişdir. Pikassonun yaradıcılıq bacarığı özünü rəssamlıq, heykəltaraşlıq və dizaynla yanaşı, digər çoxsaylı təsviri və tətbiqi-incəsənət sahələrində də göstərirdi. Pikassonun yaradıcılıqda çevriliş etmiş nailiyyətləri ona dünya şöhrəti və həyatı boyu sərhədsiz uğurlar gətirmişdir ki, bu da onu XX əsr incəsənətinin ən məşhur şəxsiyyəti edib. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Buna görə də o cəzalandırılıb.