Eyfel qülləsi 9 ay bağlı qaldıqdan sonra yenidən ziyarətçiləri qəbul edir

Artıq 9 aydır bağlı qalan Eyfel qülləsi 2014-cü ildə 7 milyon, 2019-cu ildə isə 6.2 milyon ziyarətçi qəbul edib. Eyfel qülləsinin iyunun 1-də açılmış bilet kassasının cari ilin avqust ayının sonunadək 70 min bilet satdığı bildirilir.
Sputnik

BAKI, 17 iyul — Sputnik. Eyfel qülləsi 9 ay bağlı qaldıqdan sonra yenidən ziyarətçiləri qəbul edir. Sputnik Azərbaycan xəbər verir ki, COVID-19 epidemiyası ilə bağlı yeni sanitar qaydalara görə, qüllə artıq əvvəlki gündəlik ziyarətçilərinin yarısını və ya 13000 ziyarətçi qəbul edəcək. Qüllənin 350 işçisi bu günü səbirsizliklə gözləyirdi.

Fransada mədəniyyət və əyləcə mərkəzlərində olduğu kimi, iyulun 21-dən Eyfel qülləsinə qalxmaq üçün də sanitar sənəd tələb olunacaq.

Artıq 9 aydır bağlı qalan Eyfel qülləsi 2014-cü ildə 7 milyon, 2019-cu ildə isə 6.2 milyon ziyarətçi qəbul edib. Eyfel qülləsinin iyunun 1-də açılmış bilet kassasının cari ilin avqust ayının sonunadək 70 min bilet satdığı bildirilir.

Məlumat üçün bildirək ki, Eyfel qülləsi Parisin metaldan hazırlanmış ən məşhur qülləsidir. Qüllə həm də bütün dünyada Fransanın simvoluna çevrilib.

"Eyfel" adı qülləyə onu inşa edən memarın - Qustav Eyfelin (fr. Gustave Eiffel) adından miras qalıb. Memar özü isə qülləni "300 metrlik qüllə" adlandırıb. Dünyada turistləri özünə cəlb edən məkanlar arasında ön sıralardan birini tutan Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir. Bütün tarixi boyu isə qülləni görməyə gələnlərin sayı 236 milyonu keçib.

Eyfel qülləsi Mars adlanan stadionun yanındakı İen sütunları ilə üzbəüz olan Sena çayının yaxınlığında yerləşir.

Eyfel qülləsi 1887-1889-cu illər arasında Qustavo Eyfelin firması tərəfindən inşa etdirilib və fransız dövrünün 100 illik münasibəti ilə əlaqədar hazırlanmış mərasimlərə görə tikilib. Qüllənin tikilməsi haqqında Eyfel özü layihə irəli sürüb, lakin həmin vaxt ondan başqa 107 nəfər də bu mərasimin şərəfinə digər fikirlər də meydana atıblar. Bu mərasim 1789-cu ildə Fransada baş vermiş intibahla əlaqədar olduğuna görə daha təntənəli surətdə keçiriləcəkdi.

Həmin vaxt müxtəlif fikirlər irəli sürülsə də, onların içərisində yalnız 4 nəfər finala çıxmağa haqq qazandı. Məhz bunlardan bir də Qustavo Eyfel idi.