BAKI, 17 iyul — Sputnik. Ermənistanda əsgər əsgəri güllələdi.
Ermənistanda 2001-ci il təvəllüdlü Artur Kazaryan aldığı güllə yarasından ölüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, iyulun 16-sı saat 21:40-da N saylı hərbi hissəsinin əsgəri Kazaryan döyüş növbəsində olduğu zaman aldığı güllə yarasından həlak olub. Onun ölümünə səbəb əsgər yoldaşının silahla ehtiyatsız davranmasıdır.
Erməni əsgərləri itkin düşüb
İyulun 14-də isə Ermənistanın iki hərbi qulluqçusu itkin düşüb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iyulun 14-də sübh çağı, hərbi qulluqçular Arhur Nalbandyan və Aramais Torozyanın (sürücü) getdiyi maşınla əlaqə kəsilib. Onların Ermənistan Respublikasının cənub-şərq istiqamətində dumana düşdüyü bildirilir.
Hərbçilərin tapılması üçün axtarış-xilasetmə əməliyyatları həyata keçirilməkdədir.