BAKI, 17 iyul — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yeni xətlərində gələcəkdə maşinistsiz idarəetmə sistemi tətbiq olunacaq.
Sputnik Azərbaycan-ın xəbərinə görə, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında belə deyib.
O bildirib ki, yeni idarəetmə sisteminin gələcəkdə tətbiqi üçün artıq ilkin işlərə başlanılıb: "İşlərin ilkin mərhələsi adlandıra biləcəyimiz "ox sayğacı" bazasında sistemlər "Nərimanov" elektrik deposunda quraşdırılıb. Qeyd edim ki, qatarların maşinistsiz idarəetmə sisteminin tətbiqi ilkin olaraq Bənövşəyi xətdə olacaq. Bu isə sözügedən xəttin inşasının bitəcəyi vaxtdan asılıdır. Yaxın gələcəkdə görülən bu işlərin təqdimatı gözlənilir".
Qeyd edək ki, NAzirlər Kabinetinin qərarı ilə iyulun 31-dən etibarən "Makı Metropoliteni"nin fəaliyyəti bərpa olunub. Sərnişinlərin rahatlığının təminatı üçün ölkəyə daha yeni qatarlar gətirilib. Belə ki, iyun ayının sonuncu iki günü ərzində iki tərkibdə olmaqla, Rusiyanın "Metrovaqonmaş" müəssisəsindən Bakıya yola salınmış hər biri 5 vaqondan ibarət olan 4 yeni qatar "Nərimanov" elektrik deposuna gətirilib.