FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Tokio Olimipiadasına yeddi gün qalıb: Şəhər oyunlara necə hazırlaşır?

Sputnik

İyulun 23-də Tokioda Olimpiya oyunları start götürəcək. Pandemiyanın üçüncü dalğası fonunda bu ölkəyə 90 min insan üz tutacaq – atletlər, məşqçilər, idman funksionerləri və jurnalistlər.

Yaponlar Olimpiadanın bu il keçirilməsini istəmirdilər: mayda keçirilən sorğunun nəticəsinə görə, əhalinin 80 faizi buna qarşıdır (onların yarısı oyunların təxirə salınmasının, qalan yarısı isə ümumiyyətlə, ləğv olunmasının tərəfdarıdır).

Yapon həkimləri, jurnalistlər Olimpiadaya qarşı çıxıb, hətta dolayı yolla imperator belə bu fikirdə olduğunu bildirib, hərçənd ki, ona siyasi bəyanatlar vermək qadağandır.

Yaponiya hökuməti oyunları tamaşaçılarsız keçirmək qərarına gəlsə də, milyardlarla vəsait yatırılması və hazırlıq görülməsi səbəbindən Olimpiadanı ləğv etmək və ya başqa vaxta keçirmək fikrində deyil. Bundan başqa, Beynəlxalq Olimpiya Komitəsi turnirin ləğv olunacağı təqdirdə oyunların yayımından əldə edəcəyi milyardlarla gəlirdən məhrum olacağı üçün məhkəməyə müraciət edə bilər.

Beləliklə, çoxlarının keçirilməsini istəmədiyi Olimpiadaya Tokionun necə hazırlaşdığını əks etdirən kadrlar - bizim fotoqalereyada.

1 / 12
Tokio-2020 Yay Olimpiya Oyunlarının vaxtını göstərən saat.
2 / 12
Tokio-2020 Yay Olimpiya Oyunlarının maskotları.
3 / 12
Tokio Polis İdarəsinin əmkdaşları Yay Olimpiya Oyunlarına hazırlaşmaq üçün təhlükəsizlik təlimləri keçirirlər.
4 / 12
Tokio 2020 Olimpiya Oyunları ərəfəsində insanlar günortadan sonra su dumanı spreyindən keçirlər.
5 / 12
Tokio-2020 Yay Olimpiya Oyunları bütün yarış meydanlarında azarkeşsiz keçiriləcək.
6 / 12
Tokio 2020 Olimpiya Oyunlarının əsas stadionu olan Milli Stadionu.
7 / 12
Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçirilməlidir.
8 / 12
Kişilər Tokyo 2020 Olimpiya Oyunları medalının kopyasının yanından keçir.
9 / 12
Yalnız 26 yarış tamaşaçılarla keçiriləcək.
10 / 12
Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında 44 idmançı təmsil edəcək.
11 / 12
Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçıları artıq Yaponiyaya yola düşüblər.
12 / 12
Azarkeşlərin 724 idman tədbirini canlı izləmələri mümkün olmayacaq.