CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ETSN-nin xidmət rəisi: “Məlumat alınan günü orada iş dayandırılıb”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirir ki, meşələrin qırılması ildə 55 min kubmetrdən son ildə 10 kub metrə düşüb
Sputnik

“Meşələrin mühafizəsi prioritet sahələrdəndir”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Dayanıqlı Azərbaycan Naminə Milli Alyansın təşkilatçılığı, ETSN nümayəndələri və digər fəalların iştirakı ilə ADA Universitetində “Meşələrin mühafizəsi və davamlı inkişafı” mövzusunda keçirilən debatda deyib.

O bildirib ki, meşələrin qırılması uzun illərdir gedib: “Bu gün də belə faktlar var. Meşələrin qırılması ildə 55 min kubmetrdən son ildə 10 kub metrə düşüb. Bu, meşələrin qırılmasının 5 dəfə azalması deməkdir. Lənkəranda Haftoni ərazisində şirkət tərəfindən meşə bağçılığı üçün ayrılmış ərazidən kənara çıxılaraq ağacların kəsilməsi baş verib. Xidmət tərəfindən məlumat alınan günü orada iş dayandırılıb. Ziyan hesablanıb, akt və protokol tərtib olunub. Proses iyulun 22-də başa çatacaq. Qərar çıxarılacaq. Həqiqətən pozuntular aşkar edilib. Müqaviləyə xitam verilməsi proseduruna baxılacaq”.

Hikmət Əlizadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz