CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tofiq Yaqublunun ev dustaqlığı ləğv edilib

 Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun ev dustaqlığı həbs qətimkan tədbiri ləğv edilib.
Sputnik

BAKI, 15 iyul — Sputnik. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Müsavat Partiyasının fəalı Tofiq Yaqublu azadlığa buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə onun vəkili Aqil Layıc xəbər verib.

Vəkil bildirib ki, Tofiq Yaqublunun ev dustaqlığı həbs qətimkan tədbiri ləğv edilib.Eyni zamanda cəzasının çəkilməyən hissəsi 2 il 6 ay sınaq müddəti tətbiq olunmaqla dəyişdirilib.

Qeyd edək ki, ötən il sentyabrın 18-də Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.

Tofiq Yaqublu xuliqanlıqda təqsirli bilinərək, Nizami rayon Məhkəməsinin hökmü ilə 4 il 3 ay azadlıqdan məhrum edilmişdi. İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. 

İyulun 11-də Tofiq Yaqublunun anası Hurimələk xanım dünyasınmı dəyişib. Üzərində ev dustaqlığı cəzası olduğundan, o, Gürcüstana anasının yasına gedə bilməyib.  

18.09.2020

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu ev dustaqlığına buraxılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən şikayətə baxılıb.

Məlumata əsasən, məhkəmə şikayəti təmin edib, Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Rəsmi açıqlamaya görə, martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub.

Daha sonra T.Yaqublu avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb. T.Yaqublu ittihamları qəbul etməyib və özünü təqsirli bilməyib.