Gəncədə isti yay günlərində insanların ən çox üz tutduğu məkanlardan biri də Heydər Əliyevin adını daşıyan park kompleksdir. Böyüklüyünə görə dünyada 3-cü olan bu məkanda yaradılan süni göl daha çox diqqət çəkir. Gölün ətrafına yaxınlaşan zaman orada müxtəlif rəngli dekorativ koi balıqları görmək mümkündür. Vətəni Yaponiya olan koilər digər su canlılarından fərqli olaraq insandan qaçmır. Onları suyun kənarında rahat yemləmək mümkün olur.
Parkda həmçinin balıqları qorumaq üçün lövhələr də quraşdırılıb. Süni göldə müxtəlif növ quşlar da yaşayır. Hətta onlar üçün xüsusi yerlər hazırlanıb - göldə üzən ördək, qaz və digər canlılar bir-birlərinə mane olmurlar.