SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qoşulmama Hərəkatına üzvlük Azərbaycana nə qazandırır? – politoloq şərh edir

Politoloq Elşən Manafov deyir ki, Azərbaycanın təşkilatla münasibətləri milli təhlükəsizlik maraqları kontekstində qurulub
Sputnik

“Qoşulmama Hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, mürəkkəb qlobal çətinliklər Hərəkatımızın əhəmiyyətini daha da artırıb”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 13-də keçirilən Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransında videoformatda çıxışında deyib.

Politoloq Elşən Manafov Sputnik Azərbaycan-a deyir ki, bir qütblü olmayan dünyada bloklara qoşulmayan dövlətlərin dünyada gedən proseslərə təsir imkanları kifayət qədər artıb: “Bu təşkilat BMT-dən sonra ikinci mötəbər qurumdur. Bu təşkilatda təmsil olunan dövlətlərin mövqeyi dünyada gedən proseslərə kifayət qədər təsir imkanlarına malikdir. Azərbaycanın təşkilatla münasibətləri milli təhlükəsizlik maraqları kontekstində qurulub. Azərbaycanın enerji siyasəti kimi xarici siyasəti də çox vektorludur. Bu siyasət Azərbaycana müxtəlif güc mərkəzləri arasında özünün milli maraqlarından çıxış edərək manevrlər etməyə imkan yaradır”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz