Bugünkü qəbul imtahanın düzgün cavabları açıqlandı

Dövlət İmtahan Mərkəzi III ixtisas qrupu üzrə Azərbaycan və rus bölməsinin qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını açıqlayıb.
Sputnik

BAKI, 14 iyul — Sputnik. Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olmaq üçün III ixtisas qrupu üzrə iyulun 14-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını açıqlayıb. DİM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları aşağıdakılardır:

III ixtisas qrupu (Azərbaycan bölməsi);

https://eservices.dim.gov.az/exam/2021/a3.htm

III ixtisas qrupu (rus bölməsi).

https://eservices.dim.gov.az/exam/2021/r3.htm

Qeyd edək ki, imtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq.

Xatırladaq ki, 14 iyul 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahan 22 şəhər və rayonda təşkil olunub. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 93 imtahan binası, 1607 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 93 ümumi imtahan rəhbəri, 264 imtahan rəhbəri, 2101 nəzarətçi–müəllim, 223 buraxılış rejimi əməkdaşı, 93 bina nümayəndəsi cəlb olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İştirakçıların bədən hərarəti normaya uyğun olub. 5 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.