RUSİYA

Rusiya gələn həftə yeni hərbi təyyarəsini nümayiş etdirəcək

Bu il Beynəlxalq Aviasiya-Kosmik Salonu – MAKS-2021 öz 15 illiyini qeyd edir. Sərgi 20-25 iyulda Moskvaətrafında, Jukovskidə keçiriləcək.
Sputnik

BAKI, 13 iyul — Sputnik. Birləşmiş Aviasiya Korporasiyası yeni hərbi təyyarəni ictimaiyyətə təqdim edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Rostex" korporasiyası məlumat yayıb.

Bildirilir ki, təyyarə iyulun 20-si Beynəlxalq Aviasiya-Kosmik Salonunun (MAKS-2021) ilk günü ictimaiyyətə təqdim olunacaq.

Təqdimat mərasimi "YouTube"-da "Rostex"-in kanallarında da canlı yayımlanacaq.

Məlumatda bildirilir ki, Rusiya qabaqcıl təyyarə sistemlərinin istehsalı üçün tam dövrlü texnologiyalara sahibdir. Ölkə eyni zamanda döyüş təyyarələrinin yaradılmasında bir trend yaradan olaraq qalır.

"Biz əminik ki, yeni layihə <...> yalnız bizim ölkəmizdə deyil, həm də xaricdəki rəqiblərimiz də daxil olmaqla dünyanın digər bölgələrində də həqiqi maraq doğuracaqdır", - deyə "Rostex"-in məlumatında bildirilir.

Qeyd edək ki, bu il Beynəlxalq Aviasiya-Kosmik Salonu – MAKS-2021 öz 15 illiyini qeyd edir. Sərgi 20-25 iyulda Moskvaətrafında Jukovskidə keçiriləcək.

Ötən dəfə bu sərgidə nə baş vermişdi?

Sərgi hər iki ildən bir keçirilir. 2019-cu ildə sərginin açılışında Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan iştirak etmişdi.
Türkiyə lideri sərgidə iştiraka dəvət olunduğuna görə rusiyalı həmkarına təşəkkürünü bildirmişdi.
Prezidentlər həmçinin "MAKS-2019" aviakosmik sərgisində nümayiş olunan Rusiyanın ən yeni "Su-57" döyüş təyyarəsinə baxış keçiriblər.

Dövlət başçıları nərdivanla təyyarənin kabinəsinə qalxıblar.

"Su-57" təyyarəsindən başqa, prezidentlər "Su-35" qırıcı təyyarəsini, "Ka-62" və "Mi-38" helikopterlərinə də baxış keçiriblər.

Putin həmçinin türkiyəli həmkarına "Be-200" amfibiya təyyarəsinin əsas xüsusiyyətləri haqqında məlumat verib.

"Suxoy" konstruktor bürosu tərəfindən layihələndirilmiş "Su-57" təyyarəsinin əsas üstünlüyü radara düşməməsidir.