İQTİSADİYYAT

Professor: “Azərbaycan bu proseslərdən kənarda qalmamalıdır”

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, neft istehsalçısı olan ölkələrin buna hazırlıq siyasətinin reallaşdırılmasına ehtiyac var
Sputnik

Avropa Birliyi ölkələri 2035-ci ilədək daxili yanma mühərrikləri olan avtomobillərdən (ICE) tamamilə imtina etməyi planlaşdırırlar.

Bəs bu enerji istehsalçısı olan ölkələrə necə təsir edəcək?

Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, Avropa Birliyinin bu qərarı neftə enerji daşıyıcısı kimi olan tələbatı xeyli dərəcədə azaldacaq: “Bu, dayanıqlı trenddir və düşünürəm ki, artıq qaçılmaz görünür. Neft istehsalçısı olan ölkələrin buna hazırlıq siyasətinin reallaşdırılmasına ehtiyac var. Hesab edirəm ki, Azərbaycan da bu proseslərdən kənarda qalmamalıdır. Neftin daha çox emala istiqamətləndirilməsi ölkəmizin iqtisadiyyatının dayanıqlılığına müsbət təsir göstərməli və bir çox sosial problemlərin həllində rol oynamalıdır”.

Elşad Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz