CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kreditlə bağlı məlumatları düzgün təqdim etməyənləri nə qədər cərimə gözləyir?

Mərkəzləşdirilmiş kredit reyestrinə və kredit bürosuna məlumatların təqdim edilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilirlər.
Sputnik

 

BAKI, 13 iyul — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, qanuna əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 440-cı maddəsi aşağıdakı redaksiyada verilir:

"Maddə 440. Mərkəzləşdirilmiş kredit reyestrinə və kredit bürosuna məlumatların təqdim edilməsi qaydalarının pozulması

440.1. Bank və ya bank olmayan kredit təşkilatı (kredit ittifaqı istisna olmaqla) tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və (və ya) kredit bürosuna "Banklar haqqında", "Bank olmayan kredit təşkilatları haqqında" və "Kredit büroları haqqında" Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş məlumatların həmin qanunlarda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.

440.2. Kredit ittifaqı tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və (və ya) kredit bürosuna "Kredit ittifaqları haqqında" və "Kredit büroları haqqında" Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş məlumatların həmin qanunlarda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə -

vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir".

Eləcə də oxuyun: