CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu radio kanallarının yayımı üç saatlıq dayandırılacaq

MTRŞ "Reklam haqqında",  "Televiziya və radio yayımı haqqında"  qanunun tələblərini pozduğu üçün radio kanallarını cəzalandırıb.
Sputnik

BAKI, 12 iyul — Sputnik. İyulun 12-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) onlayn formatda iclası keçirilib. İclasda 25 iyun-9 iyul 2021-ci il tarixlərində ümumölkə radio kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

MTRŞ-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, 30 iyun 2021-ci il tarixdə "Araz" radio kanalının efirində saat 13.00 – 14.00 arası müddətdə 5 dəqiqə 30 saniyə sponsor reklamının yayımlanması ilə "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinin tələbləri pozulmuşdur. Şura "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsini rəhbər tutaraq "Araz" radio kanalının efirində 18 iyul 2021-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 21:00-dan saat 24:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Həmçinin, 1 iyul 2021-ci il tarixdə "Space" radio kanalının efirində saat 08.00 – 09.00 arası müddətdə 5 dəqiqə sponsor reklamının yayımlanması ilə "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinin tələbləri pozulub. Şura "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsini rəhbər tutaraq "Space" radio kanalının efirində 17 iyul 2021-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 21:00-dan saat 24:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Xatırladaq ki, bir müddət öncə ARB TV-nin yayımı müvəqqəti dayandırmışdı. "Elgizlə izlə" proqramının yayımı dayandırmışdı.

Eləcə də oxuyun:

  • "Lider TV" ötən gün son dəfə efirə çıxıb və bu gündən fəaliyyətini dayandırıb

  •  MTRŞ-yə yeni üzv təyin olundu - Onu "Qulp"dan tanıyırıq