SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yevgeni Mixaylov: “Dünya birliyi reallıqların dəyişdiyini tam olaraq dərk etmir”

Rusiya siyasi icmalçısı və jurnalist Yevgeni Mixaylov deyir ki, bir çox ölkələr, xüsusən İngiltərə, Fransa, ABŞ və Almaniya bölgədə öz maraqlarına sahibdir və oynamağa çalışırlar
Sputnik

“Sabitlik var, amma hamımız başa düşürük ki, bir çox dünya oyunçuları Qarabağ müharibəsi bitdikdən sonra yaranmış vəziyyətdən qıcıqlanırlar”.  Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən tədbirdə Rusiya siyasi icmalçısı və jurnalist Yevgeni Mixaylov deyib.

“Dünya birliyi reallıqların dəyişdiyini tam olaraq dərk etmir. Ermənistanın işğal mövqeyi və revanşist hissləri uğrunda mübarizə aparanlar yanıldılar. Bu mərhələdə vəziyyəti Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına çatdırmaq lazımdır. Bir çox ölkələr, xüsusən İngiltərə, Fransa, ABŞ və Almaniya bölgədə öz maraqlarına sahibdir və oynamağa çalışırlar. Onlar vəziyyətə nəzarəti itirdilər, ancaq Rusiya situasiyanı idarəetməyi bacardı və münaqişənin həllinin moderatoru və bölgədə təhlükəsizliyin qarantı kimi çıxış etdi. İndi Ermənistan üçün qonşuları ilə dost olmaq, nəqliyyat dəhlizlərini açmaq və sərhədlərin delimitasiyasını başa çatdırmaq vacibdir” – deyə o bildirib.

Yevgeni Mixaylovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz