BAKI, 12 iyul — Sputnik. İtaliya yığma komandası İngiltərə millisinə penalti seriyasında qalib gələrək Avropa çempionatının qalibi olub.
Londonun "Uembli" stadionunda keçiriən final oyununun əsas və əlavə vaxtı 1:1 hesabı ilə heç-heçə başa çatıb. Penalti seriyasında italyanlar daha dəqiq olub - 3-2.
Final oyununun penalti seriyasında Donnarumma iki zərbəni dəf edib. Beləliklə, qapıçı və İtaliya millisi iki dəfə ard-arda penalti seriyasında qalib olublar ki, bu da Avropa çempionatları tarixində ilk dəfədir.
Ən yaxşı oyunçu üçün mükafat qapıçıya çempionatın yekun mükafatlandırma mərasimindən əvvəl təqdim olunub.