VİDEO

Həmin o “Moskviç”lər: sovet avtomobillərinin “qəbiristanlığı” necə görünür

Tuladan olan keçmiş avtomobil yarışçısı və mexanik açıq səma altında sovet maşınlarından ibarət muzey açıb. Bu qeyri-adi məkanın necə göründüyünü videomuzdan izləyin.
Sputnik

Tula sakini Mixail Krasinets avtomobillərdən bəzilərini fəaliyyətini dayandırmış zavodlardan götürüb, bəzilərini isə Tula vilayətinin müxtəlif şəhərlərindən axtarıb tapıb. Hətta valyuta müqabilində ayrı-ayrı şəxslərdən də maşın satın alıb. Beləliklə, avtomobil həvəskarı hələ 90-cı illərdən başlayaraq bütün ölkədən onlarla sovet maşını toplayaraq onları muzeyin eksponatına çevirib.

Hazırda kolleksiyanın böyük bir hissəsi Krasinetsin bütün ömrü boyu sürdüyü "Moskviç"lərdən ibarətdir. Mixail deyir ki, hazırda bu muzey avtomobil həvəskarları arasında çox məşhurdur.

"Belə hesab edirəm ki, muzey milli sərvətdir və məndən sonra da uzun illər qalmalıdır", – deyə Krasinets bildirib.

Açıq səma altındakı bu muzeydə köhnə “Moskviç”lərdən başqa, bir çox “Volqa”, bir neçə ZİM limuzini, həmçinin “Jiquli”, “RAF”-lar və digər sovet avtomobilləri də var.