Gürcüstanda LGBT-nin yürüşü zamanı zorakılığa məruz qalan operator vəfat edib

"Pirveli TV"nin operatoru Lesko Laşkarava bir neçə gündür müalicə aldığı klinikada vəfat edib. Onun ölümünün səbəbinin hələlik dəqiq müəyyən edilmədiyi bildirilir.
Sputnik

BAKI, 11 iyul — Sputnik. İyulun 5-də Gürcüstanda LGBT tərəfdarlarının "Qürur yürüşü" əleyhinə aksiyalar zamanı hücuma məruz qalaraq yaralanmış media işçisi xəstəxanada vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, "Pirveli TV"nin operatoru Lesko Laşkarava bir neçə gündür müalicə aldığı klinikada vəfat edib. Onun ölümünün səbəbinin hələlik dəqiq müəyyən edilmədiyi bildirilir. Qeyd edək ki, polis media işçisinə hücumla əlaqədar iki nəfəri saxlayıb.

Xatırladaq ki, Gürcüstanda LGBT yürüşü təşkilatçılarına zorakı hücum olub. Gürcüstandakı LGBT icması rəqib aktivistlərin hücumu, hökümət və kilsənin qarşı çıxamasından sonra planlaşdırılan "Qürur yürüşü"nü ləğv edib.

"Qürür yürüşü" əlehinə olan yüzlərlə etirazçı Tbilisi küçələrinə axışıb. Tədbiri işlıqlandıran ən azı 15 jurnalist, müxtəlif yerlərdə izdihamın hücumuna məruz qalıb. Videolarda LGBT əleyhinə qrupların Gürcüstan bayraqlarını dalğalandıraraq Tbilisi Pride Mərkəzi qərargahına hücum etdiyi və LGBT bayraqlarını cırıb, ofisi dağıtdığı görünür.

Tbilisi Pride yürüşün ləğv edildiyini elan edərək hökuməti və kilsəni ölkədəki lezbiyen, gey, biseksual və transgenderlərə qarşı nifrət yaratmaq və hüquqlarını pozmaqda günahlandırıb.