VİDEO

Erməni vandallığına məruz qalmış Dağ Tumasdan ürək sızladan görüntülər yayıldı

Sputnik Azərbaycan Azərbaycanın Müdafiə Nazirliyinin Dağ Tumasdan çəkdiyi ən son görüntüləri təqdim edir.
Sputnik

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Dağ Tumas kəndindən videogörüntülər yayıb.

Dağ Tumas 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Dağ Tumas Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyində yerləşən bu kəndin keçmiş adı Tumas olub. Sonralar həmin kənddən ayrılmış ailələr Tumaslı (Bərdə və Şərur r-nları), Çaytumas (Qubadlı rayonu) kəndlərini saldıqdan sonra, birini digərindən fərqləndirmək məqsədilə dağ yamacında yerləşən bu kənd Dağ Tumas adlandırılıb.

Cəbrayılın ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m). Sputnik Azərbaycan Azərbaycanın Müdafiə Nazirliyinin Dağ Tumasdan çəkdiyi ən son görüntüləri təqdim edir.