BAKI, 10 iyul — Sputnik. Rusiyada son sutka ərzində daha 25 082 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadla xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 5 758 300 nəfərə çatıb.
Son sutka ərzində 752 nəfərin koronavirusdan öldüyü bildirilib. Bu, pandemiya başlayanadan sutkalıq ölüm sayında rekord sayılır.
Ümumilikdə koronavirusdan ölənlərin sayı 142 253 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir.