HADİSƏ

Yevlaxda dəhşətli qəza, minik maşını hissələrə bölündü

Yevlaxda baş verən dəhşətli qəza nəticəsində minik maşını hissələrə bölünüb, yük maşının daşıdığı buğda isə yola dağılıb.
Sputnik

BAKI, 10 iyul - Sputnik. Yevlaxda bir nəfərin ölümü, dörd nəfərinsə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan xəbər verir ki, hadisə rayonun Əkşəm kəndindən keçən magistral yolda qeydə alınıb.

Belə ki, "Lada Priora" markalı minik maşını içərisi buğda ilə dolu olan "Qazel" markalı yük maşını ilə toqquşub.

Qəza zamanı Mingəçevir şəhər sakini 26 yaşlı Nuru Kərimov dünyasını dəyişib, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Qəza zamanı hər iki avtomobil yoldan çıxaraq aşıb. Minik maşını hissələrə bölünüb, yük maşının daşıdığı buğda isə ətrafa dağılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Qəzanın başvermə səbəbləri araşdırılır.