“Azərbaycanda Vahid Media Reyestri yaradılacaq”. Bunu MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov deyib.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, bu addım jurnalistikanın təmizlənməsinə və əvvəlki adının qaytarılmasına xidmət edir: “Hamımız bilirik ki, jurnalistika sahəsindən sui-istifadə halları həddindən artıq çoxdur. Bu da bu sahədəki hədsiz liberallıqdan qaynaqlanır. İfadə və media azadlığı baxımından bu önəmlidir. Lakin bu vəziyyət sui-istifadə üçün geniş imkanlar açır. Məhz bunun nəticəsidir ki, jurnalistika Azərbaycanda bəzi hallarda hörmətdən düşmüş sahə kimi qəbul edilir. Hətta çox güclü qələmi olan insanlar özlərini cəmiyyətdə jurnalist kimi təqdim etməkdən çəkinirlər. Vahid Resyestrin yaradılması ilə bu işlə ciddi məşğul olan insanlar jurnalistikada qalacaq”.
Azər Həsrətin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz