RUSİYA

Rusiya qumbara partladan azərbaycanlını Almaniyaya təhvil verib

Elşad Qulammirzəyev kimi də tanınan Azərbaycan Respublikasının vətəndaşı Elşad Əzizov M.V.Lomonosov adına Moskvanın Domodedovo hava limanında Almaniya Federativ Respublikasının hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verilib
Sputnik

BAKI, 10 iyul - Sputnik. Rusiya polisi 2016-cı ildə Almaniyanın Saarbrükken şəhərində əyləncə müəssisələrinin birində əl qumbarası partladan Azərbaycan vətəndaşını almaniyalı həmkarlarına təhvil verib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə “DİN Media” saytı məlumat yayıb. 

Bu gün Elşad Qulammirzəyev kimi də tanınan Azərbaycan Respublikasının vətəndaşı Elşad Əzizov M.V.Lomonosov adına Moskvanın Domodedovo hava limanında Almaniya Federativ Respublikasının hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verildi”, - məlumatda belə deyilir.

Xatırladaq ki, 2016-cı ildə Saarbrükken şəhərində insanların olduğu bir əyləncə müəssisəsinin girişində əl qumbarası partladılıb. İlkin məlumata görə, hadisə milli zəmində baş verib.

2018-ci ildə E.Əzizov artıq Nijni-Novqorodda iki soyğunçuluq əməlinə görə tutulub. E.Əzizov 3,5 il müddətinə həbsdə olub və azadlığa çıxdıqdan sonra Almaniyaya verilib. Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşları onu qətlə cəhddə ittiham edirlər.