FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Dünyanın ən gülməli hərbi geyimləri

Sputnik

Dünyadakı hər hansı bir orduda xidmət etməyə gedən adam başqasının iradəsinə tabe olmağı əvvəlcədən qəbul edir. O, eyni zamanda dizaynerlərin ordu üçün forma verdiyi qəribə geyimləri də geymək məcburiyyətindədir. Çünki ordu deyilən şey əmr və qaydalara qeyd-şərtsiz itaəti tələb edir.

Qəribədir, kifayət qədər ciddi və hətta müqəddəs yerləri qoruyan fəxri qarovul dəstəsinin əsgərləri tez-tez ən gülməli formaları geyinirlər. Turistlər üçün bu, əsl sevinc və unudulmaz selfie çəkmək üçün ələdüşməz fürsətdir.

Və yəqin ki, bu, hər hansı cəza almadan qəribə forma geyinmiş əsgərə gülə biləcəyiniz yeganə haldır.

 

1 / 10
19-cu əsrin əvvəllərində Yunanistanın İstiqlal Müharibəsi zamanı yüngül piyadalar kimi meydana çıxan Yunan Ordusunun (Evzones) elit piyada bölüyü.
2 / 10
İslamabaddakı hərbi parad zamanı pakistanlı reyncerlərin yürüşü.
3 / 10
Fransanın dəniz piyadalarının parad forması.
4 / 10
Kot d'İvuarda parad zamanı.
5 / 10
Vaqah şəhərindəki sərhəddə bayraq endirmə mərasimi - Hindistan sərhəd təhlükəsizlik qüvvələrinin döyüşçüləri və pakistanlı reyncerlər tərəfindən həyata keçirilir.
6 / 10
Tailandın kral qvardiyası.
7 / 10
Hindistan sərhədçiləri vahid formada bəzədilmiş dəvələri ilə.
8 / 10
Maori əsgərləri Parisdəki hərbi parad zamanı.
9 / 10
Cənubi Koreya ordusunun üzgüçüləri parad zamanı.
10 / 10
Fransız Xarici Legionunun minaaxtaranları. Narıncı önlüklər səhra şəraitində müxtəlif hərbi alətləri yerləşdirmək üçün nəzərdə tutulub. Legion veteranları mütləq saqqal saxlamalıdırlar.