İQTİSADİYYAT

Professor: “İnvestisiyaların həcmi hazırkından qat-qat çox ola bilər”

UNEC-in professoru Elşad Məmmədov deyir ki, nəqliyyat və logistika dəhlizlərinin fəaliyyətə başlaması nəticəsində tranzit imkanlarının genişlənməsi iqtisadiyyatımızın şaxələndirilməsi və valyuta gəlirlərimizin artımı baxımından bizim üçün son dərəcə vacibdir
Sputnik

“Dünyada baş verən bütün proseslər ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə, ticarət-iqtisadi əməkdaşlığın genişlənməsinə və ticarət dövriyyəsinin artmasına kömək edir”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında UNEC-in professoru və eyni zamanda Rus İqtisad Məktəbinin direktor müavini Elşad Məmmədov deyib.

Professor bildirib ki, nəqliyyat və logistika dəhlizlərinin fəaliyyətə başlaması nəticəsində tranzit imkanlarının genişlənməsi iqtisadiyyatımızın şaxələndirilməsi və valyuta gəlirlərimizin artımı baxımından bizim üçün son dərəcə vacibdir. Xəzər regionu ölkələrinin ortaq investisiyaları bu baxımdan vacib rol oynayır. Düşünürəm ki, bu investisiyaların həcmi hazırkından qat-qat çox ola bilər. Ölkələrimiz innovasiya və yeni texnoloji sahədə əlaqələrini genişləndirməlidir. Yeni iqtisadi metodların tətbiqinə ehtiyac duyulur. Bu baxımdan regional iqtisadi inteqrasiya prioritet olmalıdır. Sadəcə xammal ixracatına diqqət yetirmək ölkələrimizin iqtisadiyyatının birtərəfli formada inkişaf etməsinə gətirib çıxarır”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz