Dubay limanında güclü partlayış

Al-Arabiya öz mənbələrinə istinadən məlumat yayıb ki, Cəbəl-Əli limanında lövbər salmış gəmi partlayıb.
Sputnik

BAKI, 8 iyul — Sputnik. Dubayda güclü partlayış olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, partlayışın Cəbəl-Əli limanında olduğu deyilir. KİV-lər yazır ki, partlayış, güman ki, neft anbarında baş verib.

Al-Arabiya isə öz mənbələrinə istinadən məlumat yayıb ki, Cəbəl-Əli limanında lövbər salmış gəmi partlayıb.

Əmirlik hakimiyyəti də adıçəkilən limanda dayanmış gəmidə güclü yanğın olduğunu təsdiqləyib, mülki müdafiə qüvvələrinin alovla mübarizə apardığını bildirib. İlkin məlumata görə, xəsarət alan yoxdur.

Xatırladaq ki, ötən il avqustun 4-də Livanın paytaxtı Beyrutda da güclü partlayış olmuşdu. Biri digərindən güclü olan iki partlayış şəhərin liman hissəsində yerləşən anbar binalarında baş vermişdi.

İlkin versiyaya görə, limanda 2750 ton ammonium nitrat (həmçinin ammonyak selitrası kimi tanınır) saxlanılırmış. Seysmoloji stansiyalar Rixter şkalası üzrə təxminən 5 ballıq partlayış gücünü qeydə almışdı. Həmin hadisədə 171 nəfər ölmüşdü.