MƏDƏNİYYƏT

Avroviziya təmsilçisi Azərbaycan manatına mahnı həsr edib

Klipdə müğənninin müxtəlif əsginaslarla olan səhnələri və satiranın ustadı sayılan, dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin portreti ilə olan kadrı diqqət çəkib. Klipindəki həmin kadr izləyicilər tərəfindən geniş müzakirələrə səbəb olub.
Sputnik

BAKI, 8 iyul — Sputnik. Müğənni Səmra Rəhimli sevənlərinə yeni klip təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, sənətçi "AZN" adlı yeni mahnısına klip çəkdirib. Səmra ekran işində 6 fərqli obrazda kamera qarşısına keçib. İfaçının yeni ekran işində açıq-saçıq görüntülər və narkotikdən istifadəyə dair şübhəli məqamlar yer alıb.

Klipdə müğənninin müxtəlif əsginaslarla olan səhnələri və satiranın ustadı sayılan, dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin portreti ilə olan kadrı diqqət çəkib. Klipindəki həmin kadr izləyicilər tərəfindən geniş müzakirələrə səbəb olub. İzləyicilərin böyük bir qismi şairin klipə daxil edilməsini tənqid ediblər. Ekran işi Səmranın şəxsi "Youtube" kanalına yerləşdirilib. Qeyd edək ki, ekran işinin layihə rəhbəri və rejissoru İlahə Baxşıyevadır.

Səmra Rəhimli "O Səs Türkiyə" və "Səs Azərbaycan" layihələrinin iştirakçı olub. Azərbaycanı 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci Avroviziya Mahnı Müsabiqəsində "Miracle" mahnısı ilə təmsil edib və final mərhələsində ölkəyə 17-ci yeri qazandırıb.