CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkənin qərbində leysan iki kəndi susuz qoydu, bir ailə güclə xilas oldu

Zaqatalada güclü sel iki kəndi içməli su ilə təmin edən boru xəttinin 100 metrdən çox hissəsini yuyaraq sıradan çıxarıb. Bir ailə isə seldə batmaq təhlükəsindən güclə xilas olub.
Sputnik

BAKI, 7 iyul – Sputnik. Ötən gün axşam saat 22 radələrindən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb və güclü yağış yağıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Zaqatalada, dağlıq əraziyə yağan güclü yağış nəticəsində dağ çaylarında suyun səviyyəsi artıb.

Gecə saatlarında rayonun Sabunçu kəndindən rayon mərkəzinə qayıtmaq istəyən bir ailə isə Sabunçu və Yuxarı Çardaxlar kəndləri arasında axan Qara çayda batmaq təhlükəsi ilə üzləşib. Gecə saatlarında əraziyə müvafiq qurumlar cəlb edilərək ikisi azyaşlı olmaqla 5 nəfərdən ibarət ailə təhlükəsiz əraziyə təxliyə olunub.

Rayonun iri çaylarından sayılan Tala çayından da qısamüddətli sel keçib. Nəticədə də Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli su ilə təmin edən boru xəttinin 100 metrdən çox hissəsini sel suları yuyaraq aparıb. Hər iki kənddə içməli su problemi yaranıb.

Rayon mərkəzində və Yuxarı Tala kəndi ərazisində isə bir neçə evin zirzəmisinə və həyətyanı sahələrinə yağış suları dolub.

Hazırda müvafiq qurumlar fəsadların aradan qaldırılması istiqamətində iş aparır.

Eləcə də oxuyun:

  • Ölkənin qərbini leysan yuyur: İki ay əvvəl evlənən gənc selin qurbanı oldu - VİDEO - FOTO

  • Sinoptiklərdən xəbərdarlıq: Sel gələcək

  • Gəncədə külək fəsad törətdi, Xan bağında irigövdəli çinar aşdı