İQTİSADİYYAT

Ekspert: “ABŞ üçün əsas odur ki, neft bazarında təlatüm olmasın”

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, neft bazarında təlatümlər həm hasilatçı, həm də alıcılar üçün böyük risklər yaradır
Sputnik

ABŞ prezidenti Co Bayden administrasiyası OPEC+ formatı çərçivəsində neft hasilatının ixtisarı ilə bağlı kompromisə gəlmələrində israr edir. Bunu Ağ Evin sözçüsü bildirib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a deyir ki, hazırda təqribən 70 ölkədə neft hasilatı mövcuddur: “ABŞ-ın mövqeyi belədir ki, bundan sonra post-pandemiya dövründə dünya iqtisadiyyatının neftə tələbatı “OPEC+” çərçivəsində ödəniləcək və ölkələr öz aralarında razılıq əldə edəcəklər. ABŞ üçün əsas odur ki, neft bazarında təlatüm olmasın. Çünki bu həm hasilatçı, həm də alıcılar üçün böyük risklər yaradır. Belə məqamlarda böyük qazanc götürmək mümkündür, ancaq sonradan həmin qazanc risklərin qarşısının alınmasına sərf edilir”.

İlham Şabanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz