CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının bu prospektində avtomobillərin hərəkəti 6 günlük məhdudlaşdırılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məhdudlaşma 12 iyul tarixinədək qüvvədə olacaq.
Sputnik

BAKI, 7 iyul — Sputnik. 7 iyul tarixindən etibarən, Bakının Nərimanov rayonu ərazisində, Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən əsas hissəsində əks istiqamətli nəqliyyat axınlarını ayıran bardürün inşa olunması ilə əlaqədar olaraq hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məhdudlaşma 12 iyul tarixinədək qüvvədə olacaq.

Sürücülərdən sözügedən hissədə təmir-tikinti işlərinin aparıldığı müddət ərzində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının və yol hərəkəti qaydalarının tələblərinə riayət etmələri xahiş olunur.

Həmçinin oxuyun:

Bakı Nəqliyyat Agentliyi AVRO-2020 ilə bağlı növbəti açıqlama yaydı

BNA-dan xəbərdarlıq: Səkkiz gün ərzində paytaxtın bəzi küçələrində hərəkət dayandırılacaq