Qarabağda hərbi əməliyyatların dayandırılması və atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Monitorinq Mərkəzi Azərbaycanın Ağdam rayonunda yanvarın 30-da fəaliyyətə başlayıb.
Mərkəzin vəzifələrinə bölgədəki vəziyyəti müşahidə daxildir. Əgər atəşkəs pozularsa, hər iki ölkənin hərbçiləri təhdidin neytrallaşdırılması üçün birgə qərar qəbul etməlidirlər.
Nəzarət pilotsuz uçan aparatların köməyilə aparılır.
Mərkəz müasir texnika ilə təchiz edilib. Burada hərbçilərin gündəlik həyatı və asudə vaxtı üçün lazımi infrastruktur - idman zalı, istirahət otağı, camaşırxana, bərbərxana, voleybol, basketbol meydançaları yaradılıb. Hətta məscid və kilsə də fəaliyyət göstərir.