Müdafiə Nazirliyi medallarla bağlı məsələyə aydınlıq gətirdi

Təltif olunanların sayının çox olması səbəbindən medalların hazırlanma prosesi müəyyən vaxt aparacaq.
Sputnik

BAKI, 6 iyul — Sputnik. İyulun 6-sı Müdafiə Nazirliyinə gəlmiş şəhid valideynləri və bir qrup Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə müvafiq sərəncamlarla təltif olunların medalların təqdim olunmaması məsələsi sorğu edilib.

Görüş iştirakçılarının nəzərinə çatdırılıb ki, onların hər biri Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə bir neçə medalla təltif olunub.

2020-ci ilin dekabr ayında və 2021-ci ilin iyun ayında elan olunmuş sərəncamlarla verilmiş medallar artıq hazırlanır və onların aidiyyəti üzrə təqdim olunması prosesinə başlanılıb. Bu günədək Azərbaycan Ordusu üzrə 160.000 medaldan yalnız 13.300 medal aidiyyəti üzrə təqdim olunub.

Qeyd edək ki, təltif olunanların sayının çox olması səbəbindən medalların hazırlanma prosesi müəyyən vaxt aparacaq.

"Şəhid ailələri və qazilər dövlətin daim diqqət mərkəzindədir. Müdafiə Nazirliyi və hərbi hissələrin nümayəndələri tərəfindən bu kateqoriyadan olan ailələr mütəmadi ziyarət olunur, onların qayğıları və problemləri ilə maraqlanılır. Əlavə məsələlərlə bağlı müraciət edənlər isə Nazirliyin rəsmiləri tərəfindən qəbul olunur və qaldırdıqları problemlərin həlli ilə bağlı müvafiq tədbirlər görülür", - məlumatda bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev iyunun 24-də bir qrup hərbçinin təltif olunması barədə sərəncam imzalayıb.

Bununla da, "Füzulinin azad olunmasına görə" medalı ilə 11365 nəfər təltif olundu. Onlardan 403-ü ölümündən sonra bu medala layiq görülüb.

"Xocavəndin azad olunmasına görə" medalı ilə 11831 nəfər təltif olundu. Onlardan 373-ü ölümündən sonra bu medala layiq görülüb.

"Zəngilanın azad olunmasına görə" medalı ilə 3435 nəfər təltif olundu. Onlardan ikisi ölümündən sonra bu medala layiq görülüb.

"Cəbrayılın azad olunmasına görə" medalı ilə 10211 nəfər təltif olundu. Onlardan 260-ı ölümündən sonra bu medala layiq görülüb.

"Qubadlının azad olunmasına görə" medalı ilə 5867 nəfər təltif olundu. Onlardan 53-ü ölümündən sonra bu medala layiq görülüb.

"Şuşanın azad olunmasına görə" medalı ilə 5784 nəfər təltif olundu. Onlardan 120-i ölümündən sonra bu medala layiq görülüb.

"Ağdamın azad olunmasına görə" medalı ilə 3522 nəfər təltif olundu. Onlardan 26-ı ölümündən sonra bu medala layiq görülüb.

"Kəlbəcərin azad olunmasına görə" medalı ilə 4225 nəfər təltif olundu. Onlardan 209-u ölümündən sonra bu medala layiq görülüb.

"Laçının azad olunmasına görə" medalı ilə 2642 nəfər təltif olundu. Onlardan 26-ı ölümündən sonra bu medala layiq görülüb.

"Suqovuşanın azad olunmasına görə" medalı ilə 10647 nəfər təltif olundu. Onlardan 400-ü ölümündən sonra bu medala layiq görülüb.

Həmçinin oxuyun: 

Prezident hərbçilərimizi "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif etdi

Bir qrup hərbçimiz "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olundu

  • Prezident onları "Füzulinin azad olunmasına görə" medalı ilə təltif etdi – SİYAHI

  • "Zəngilanın azad olunmasına görə" medal alanları siz də tanıyın – SİYAHI

  • Bir qrup hərbçi "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi – SİYAHI

  • Şəhid ailə üzvləri, yaralı hərbçilərlə bağlı vahid əlaqələndirmə mərkəzləri yaradılır