Dünya mətbuatının "Qafqazın Xirosiması" adlandırdığı Ağdam müharibənin bütün dəhşətlərinin və təxminən 30 illik erməni işğalının şahidi olub. Şəhərin bir vaxtlar göz oxşayan bağ və parkları, tarixi memarlıq abidələri, türbələri, teatrları, muzeyləri indi xarabalıqlara çevrilib.
Ağdam erməni silahlı qüvvələri tərəfindən 1993-cü ildə işğal olunub. Və bu gün, sözün əsl mənasında, şəhərdə daş üstə daş qalmayıb.
Halbuki erməni işğalına kimi rayonun 100-dən artıq kəndində 143 min azərbaycanlı yaşayıb.
Sputnik-in fotomüxbiri Mixail Voskresenski Ağdam rayonunda olaraq onun bu gününü və bərpa prosesini fotoaparatın yaddaşına köçürüb.