FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Şuşa bu gün: İşğaldan azad edilmiş şəhərimizdən son şəkillər

Sputnik

Qarabağın "döyünən ürəyi", "Qafqazın konservatoriyası", "Cənubi Qafqaz"-ın mədəniyyət məbədi" də adlandırılan Şuşa şəhəri Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutur.

Bir vaxtlar çiçəklənən şəhər 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunandan sonra tamamilə dağıdılıb. İndi şəhərdəki tarixi binalardan, saraylardan və məscidlərdən yalnız yarı xaraba vəziyyətdə olan divarlar qalıb.

Ancaq 2020-ci ilin noyabrında Azərbaycan hərbçiləri Şuşanı erməni işğalından azad edəndən sonra şəhər yenidən canlanmağa başlayıb. İndi Şuşada bərpa-rekonstruksiya işləri gedir, artıq çörək sexləri və mağazalar fəaliyyət göstərir.

Bu ilin may ayında şəhərdə "Xarı-bülbül" musiqi festivalı keçirilib. Festivala Azərbaycanın və müxtəlif xalqların məşhur musiqi kollektivləri qatılıb. Eləcə də Azərbaycan Prezidentinin başçılığı altında bir sıra rəsmi şəxslər də bu musiqi bayramında iştirak ediblər.

 

1 / 16
Şuşada qədim qala divarları.
2 / 16
Azərbaycan hərbçiləri Şuşadakı evlərdən birində.
3 / 16
Dindarlar Şuşa məscidində.
4 / 16
Şuşadakı Gövhər ağa məscidinin iç hissəsi.
5 / 16
Şuşada ermənilər tərəfindən dağıdılmış tarixi binalardan biri.
6 / 16
Şuşanın yerli sakinləri
7 / 16
Şəhərdəki çörək sexlərindən birinin sahibi.
8 / 16
Şuşadakı çörək sexlərindən birində çörək istehsalı.
9 / 16
Şuşadakı məscidlərdən birinin minarəsinin bərpası.
10 / 16
Şuşada yaşayış binası.
11 / 16
Şuşadakı yaşayış binaları.
12 / 16
Şuşadakı məbədlərdən birinin bərpası.
13 / 16
Şuşadakı məbədlərdən birinin bərpası.
14 / 16
Şuşa yaxınlığındakı kəndlərdən birində ot yığımı.
15 / 16
Şuşa şəhərində ermənilərin dağıtdığı tikililərdən biri.
16 / 16
Şuşada yemişlə dolu maşının sahibi.