PAYTAXT XƏBƏRLƏRİ

Qadağa qayıtdı: onlar bu gün işləmir

Futbol üzrə Avropa çempionatının keçirilməsi ilə əlaqədar Bakıda yumşaldılmaların bir qismi bu gündən aradan qaldırılır.
Sputnik

BAKI, 4 iyul - Sputnik. Bu gündən iyulun 5-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək.

Sputnik Azərbaycan bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 29-da verdiyi qərarına əsasən, 2021-ci il 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Həmçinin şənbə-bazar məhdudiyyətləri avqust ayınadək uzadılır. Yəni qərarla 2021-ci il 10 iyul saat 00:00-dan 12 iyul saat 06:00-dək, 17 iyul saat 00:00-dan 19 iyul saat 06:00-dək, 24 iyul saat 00:00-dan 26 iyul saat 06:00-dək, 31 iyul saat 00:00-dan 1 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldığına və vaksin olunanların sayı artdığına görə karantin rejimi bu ilin may ayında yenidən yumşaldılıb. Nəticədə Bakı Metropoliteninin fəaliyyətinin bərpasına qərar verilib. Mayın 31-dən metro fəaliyyətini davam etdirməyə başlayıb.

Onu da bildirək ki, metroda sərnişindaşıma fəaliyyəti ötən il oktyabırın 19-dan dayandırılmışdı. Onun fəaliyyətinin bərpası paytaxt sakinləri tərəfindən müsbət qarşılanmışdı.