FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Günəbaxan günəşi sevir, goranboylular da onu becərməyi

Sputnik

Yayı isti keçən rayonlardan biri də Goranboydur. Burada yayda günəşsiz gün demək olar ki, olmur.

Elə bu səbəbdən digər rayonlarla müqayisədə Goranboyda günəbaxan bitkisi daha çox əkilir. Mart ayında torpağa basdırılan tumlar, iyulun sonu avqustun əvvəli məhsul verir. Böyüdükcə çiçəyi günəşə bənzəyən bitkini yetişdirmək o qədər də çətin başa gəlmir.

Məhsuldar bitkinin tumları həm paketlənib satılır, həm də ondan yağ alınır. Hündürlüyü 1.5-2 metrə çatan günəbaxan Goranboyun Borsunlu, Baxçakürd, Azad, Nizami kəndlərində daha çox əkilir. Bitkidən arılar da çiçək tozu, nektar toplaya bilirlər.

Goranboyda təbiətin yaratdığı gözəlliyi Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.

 

1 / 9
Göranboyda günəbaxan tarlası.
2 / 9
Günəbaxan günəşi sevir.
3 / 9
Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində günəbaxan tarlası.
4 / 9
Goranboyda günəbaxan bitkisi daha çox əkilir.
5 / 9
Mart ayında torpağa basdırılan tumlar, iyulun sonu, avqustun əvvəli məhsul verir.
6 / 9
Göranboyda günəbaxan tarlası.
7 / 9
Böyüdükcə çiçəyi günəşə bənzəyən bitkini yetişdirmək o qədər də çətin başa gəlmir.
8 / 9
Hündürlüyü 1.5-2 metrə çatan günəbaxan Goranboyun Borsunlu, Baxçakürd, Azad, Nizami kəndlərində daha çox əkilir.
9 / 9
Bitkidən arılar da çiçək tozu, nektar toplaya bilirlər.