BAKI, 4 iyul – Sputnik. Moskvada anlayırlar ki, ABŞ-ın Rusiyaya təzyiqi, o cümlədən insan haqları xətti üzrə, davam edəcək.
Sputnik Azərbaycan bildirir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov “Соловьев Live” YouTube kanalına müsahibəsində deyib.
“Mənim üçün aydındır ki, bizə qarşı təzyiq siyasəti davam edəcək. Rusiya-ABŞ münasibətlərində qıcıqlandırıcı məqamların mərkəzində insan haqları məsələsinin duracağı da mənə aydındır”, - səfir deyib.
Onun sözlərinə görə, ABŞ Konqresində “mahiyyətcə Rusiyaya qarşı codluğa dair konsensus yaranıb”. O, Vaşinqtona qayıtdıqdan sonra Senata və Konqresə görüş üçün sorğular göndərsə də cavabında “yox” və nəzakətli olmayan susqunluq alıb.
“İndiki adminditrasiyanın rəhbərləri dəfələrlə deyiblər ki, bizə qarşı sanksiya siyasəti davam etdiriləcək”, - Antonov əlavə edib.
Cenevrə görüşü nə dəyişdi
Cenevrədəki sammitdən sonra Vaşinqtonla münasibətlərdə köklü irəliləyiş yoxdur, ancaq hələ cəmi on gün keçib, Anatoli Antonov deyib.
“Yəqin, bu gün Rusiya-Amerika münasibətlərində hansısa kğklü tektonik irəliləyişlərin olduğunu deməyim mənim tərəfimdən yanlış olardı. On gün, bu gün on bir gündür ki, mən ABŞ-dayam”, - Antonov söyləyib.
“Bəli, biz bu gün bizim prezidentlərimizin nə dediklərini unutdurmayacaq situasiya yaratmağa çalışırıq. Bu gün praktiki işləri reallaşdırmağa, bizim liderlərimizin nümayiş etdirdikləri anlayışları gerçəkləşdirməyə cəhd edirik. Bizə gəlincə, biz buna hazırıq”, - səfir bildirib.
Ağ Evdə görüşlər
“Demək istəyirəm ki, Ağ Evdə, Dövlət Departamentində bir neçə görüş keçirmişəm. Eyni zamanda deyim ki, heç də bütün sorğularım təmin olunmayıb. XİN rəhbərliyinin bəzi tapşırıqlarını yerinə yetirə bilməmişəm. Çünki əvvəlkitək məni sadəcə olaraq qəbul etməyiblər. Rusiya şöbəsindəki xırda məmurların yanına göndərdilər, mən də, əlbəttə ki, bundan imtina etdim”, - Antonov şikayətlənib.
Konsulluq məsələsi
Anatoli Antonov Vaşinqtonun Moskvanın ABŞ-ın konsul idarələrinin işinə qarışması iddiasını boş sözlər adlandırıb.
“Əlbəttə, indi amerikalılar deyirlər ki, guya ruslar özləri ABŞ-a getmək istəyən ölkə vətəndaşlarına viza almaqda çətinlik yaradıbar. Ancaq bu cəfəngiyyatdır”, - Antonov söyləyib.
“Hazırda ABŞ-la Rusiya arasında aviaəlaqənin bərpa olunması barədə qərar qəbul olunub. Biz viza verilməsi üçün “pəncərələrimizi” açmışıq. Rusiyanın konsul idarələrinə gəlincə, bizim üç məkanda – Vaşinqtonda, Hyuston və Nyu-Yorkda cəmi üç konsulluğumuz var, biz belə bir işə hazırıq. Yeri gəlmişkən, biz heç bağlanmamışdıq da. Nə lazım idi, eləmişik”, - diplomat vurğulayıb.
“Ən böyük problem qərb sahilində yaşayanlar, həmvətənlərimiz, rusiyalılardır. Ən çətin vəziyyət Böyük Vətən Müharibəsinin iştirakçısı olan yaşlı insanlarda rast gəlinir: onlar pasportun müddətinin uzadılması və ya digər konsul xidmətlərinin göstərilməsi üçün müraciət edirlər”, - səfir izah edib.
Antonov əlavə edib ki, iyul ayından səfirlik səyyar sessiyaları bərpa edərək konsul təminatı məsələlərini həll edəcək. O bildirib ki, təxminən oktyabr ayınadək Rusiyanın ABŞ-dakı səfirliyi üç böyük səyyar sessiya təşkil edərək rusiyalıları lazımi sənədlərlə, həm pensiya, həm də pasport verilməsi ilə təmin etməyə hazırlaşır.
ABŞ-Rusiya arasında gərginlik
Bu il martın 20-də Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Rusiyaya qayıdıb. Diplomat Rusiya-Amerika münasibətlərinin sonrakı istiqaməti üzrə məsəhətləşmə üçün Moskvaya dəvət edilib.
Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden martın 17-də “ABC News” telekanalına müsahibəsində Rusiya lideri Vladimir Putini Birləşmiş Ştatlarda 2020-ci ildə keçirilmiş seçkilərə müdaxiləyə görə cavab verəcəyi ilə hədələyib. Bayden həmçinin rusiyalı həmkarının ünvanına xoşagəlməz ifadələr də səsləndirib.
Korlanan münasibətlər fonunda Anatoli Antonov Moskvaya dönəndən sonra ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan da məsləhətləşmələr üçün Vaşinqtona getmişdi.
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden iyunun 16-da Cenevrədə keçirilən görüşdə səfirləri geri qaytarmaq barədə razılığa gəliblər. Bundan sonra iyunun 20-də Anatoli Antonov Vaşinqtona dönüb. İki gün sonra isə ABŞ tərəfi Con Sallivanın Moskvaya qayıdacağı barədə məlumat yayıb.
Eləcə də oxuyun:
Rusiya səfiri Vaşinqtonu tərk edib
"ABŞ-ın qanunsuz hərəkətlərinə hər zaman məntiqi cavabımız olub", - Mariya Zaxarova
ABŞ-ın Rusiyadakı səfiri Moskvaya qayıdacaq