SƏHİYYƏ

COVID-19-un gedişatını yüngülləşdirən pəhriz

Düzgün qidalanma istənilən halda infeksiyanın ağırlaşması hallarını azaldır, çünki, Medvedevin sözlərinə görə, məhz maddələr mübadiləsi pozulmuş insanlar koronavirusun fəsadlarından əziyyət çəkirlər.
Sputnik

BAKI, 2 iyul – Sputnik. Bəzi ərzaq məhsulları COVID-19-un fəsadlarını azaldır.

Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya mediasına müsahibəsində “Sağlam qida” ETM-in rəhbəri Oleq Medvedev söyləyib.

Ekspert Kolumbiya Universitetinin alimlərinin tədqiqatını şərh edib. Tədqiqatçılar müxtəlif ölkələrdən olan yoluxmuş 568 nəfərin xəstəliyini araşdırarkən aşkar ediblər ki, əsasən bitki mənşəli qidalar qəbul edən, çox az ət yeyən insanlar xəstəliyi 73% daha ağır keçiriblər.

“Elmi tədqiqatlar bitki rasionunun ümumi faydasını göstərir, indi isə məlumatlar var ki, bitki rasionu və ət əvəzinə balıq COVID-19 zamanı ağırlaşma ehtimalını azaldır. Belə pəhrizin faydaları bir çox amillərlə əlaqədardır”, - mütəxəssis deyib.

Onun sözlərinə görə, sellüloza sağlam mikrobiomu dəstəkləməyə, o isə öz növbəsində immuniteti gücləndirməyə kömək edir. Balıqdakı doymamış yağ turşuları və bitki yağları isə qan dövranı orqanlarının xəstəliklərinin profilaktikasında yardımçı olur və iltihabəleyhinə təsir göstərir.

Düzgün qidalanma istənilən halda infeksiyanın ağırlaşması hallarını azaldır, çünki, Medvedevin sözlərinə görə, məhz maddələr mübadiləsi pozulmuş insanlar koronavirusun fəsadlarından əziyyət çəkirlər.