İQTİSADİYYAT

Florian Zenqstşmid: “Pandemiyanın turizm sənayesinə vurduğu zərər böyükdür”

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid deyir ki, turizmdən danışarkən koronavirusun (COVID-19) hələ də ətrafımızda olduğunu anlamalıyıq Florian Zenqstşmid: “Pandemiyanın turizm sənayesinə vurduğu zərər böyükdür”
Sputnik

“Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm bürosu turizm sektorunda müşahidə edilən bahalaşmanı izləyir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Büronun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib.

“Qiymətlərin artması diqqətimizdədir, amma onları biz tənzimləmirik, tələb və təklifə uyğun tənzimlənir. Biz yalnız göstərilən xidmətlərin sayını artımağı təklif edirik. Turizmdən danışarkən koronavirusun (COVID-19) hələ də ətrafımızda olduğunu anlamalıyıq. Çox müsbət haldır ki, sərhədlər açılır. Pandemiyanın turizm sənayesinə vurduğu zərər böyükdür. Çalışmalıyıq ki, daxili turizmi inkişaf etdirək”, - deyə F. Zenqstşmid əlavə edib.

Florian Zenqstşmidin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz