Danimarka yığması Bakıya ən sadiq azarkeşlərini gətirib

Danimarka futbolçuları altı nəfər sadiq fanatlarına bildiriblər ki, onlarla birlikdə Bakıda keçiriləcək AVRO-2020 dörddəbir oyununa uçurlar.
Sputnik

BAKI, 2 iyul — Sputnik. Futbol üzrə Danimarka milli komandası özü ilə Bakıya 50 sadiq azarkeşini gətirib. Bu barədə Sputnik Azərbaycan Danimarka futbol ittifaqına istinadən xəbər verir.

İyulun 3-də Bakı Olimpiya stadionunda Danimarka və Çexiya milli komandaları arasında AVRO-2020 dörddəbir final oyunu keçiriləcək. Oyun Bakı vaxtı ilə 20.00-da başlanacaq.

Hər iki milli komanda Azərbaycan paytaxtına iyulun 1-də gəlib. Danimarka millisinin gəldiyi çarter reysi ilə bu komandanın 50 nəfər ən sadiq azarkeşi də Bakıya təşrif buyurub. Bu 50 nəfərin siyahısına son illər ərzində komandadan ən çox loyallıq xalları qazanmış azarkeşlər daxil olub. Bu azarkeşlərin həm çarter reysinə, həm də dörddəbir final oyununa biletlərinin pulu ödənilib.

"Azarkeşlərimizin dəstəyini yüksək qiymətləndiririk. Bu, bizim üçün çox əhəmiyyətlidir və biz həqiqətən də lazımi abu-havanı hiss edə bilərik. Dəstəyə görə sizə təşəkkür edirik", - deyə federasiyanın saytı Danimarka millisinin oyunçusu Martin Breytueytin sözlərini sitat gətirir.

Yeri gəlmişkən, Danimarka millisinin oyunçuları Yoakim mülle, Matias Yirgensen və Martin Breytueyt telefonla altı azarkeşə şəxsən onlarla birlikdə Bakıya uçacaqları xəbərini veriblər.

Bir müddət əvvəl ən azı səkkiz yüz danimarkalı azarkeşin çarter reysləri ilə Bakıda keçiriləcək AVRO-2020 dörddəbir final oyununa gələcəyi bildirilirdi.

Öz növbəsində Praqada iyulun 1-də Bakıya uçmaq istəyənlərin sayının az olması ilə bağlı olaraq çarter reysinin təxirə salınıb.

Bundan əlavə, AVRO-2020 Bakı oyunlarının təşkilatçıları bildiriblər ki, iyulun ayının 1-ə olan məlumata görə, Danimarka-Çexiya oyununa 21 min bilet satılıb.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1), iyunun 16-da Türkiyə-Uels (0:2), iyunun 20-də İsveçrə-Türkiyə (3:1) oyunları artıq keçirilib. Bundan əlavə iyulun 3-də isə burada AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.

AVRO-2020-nin Bakıdakı təşkilat komitəsi ilə AR Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı Olimpiya Stadionunun Avropa çempionatı oyunları zamanı tribunaların 50%-i həcmində azarkeş qəbul edəcəyinə zəmanət vermişdilər. Bakıda AVRO-2020-nin matçlarının iştirakçı ölkələrindən olan, bilet almış və ya UEFA-nın akkreditasiyasına malik əcnəbi azarkeşlər isə Heydər Əliyev aeroportunda sadələşdirilmiş qaydada viza ala bilərlər.