İQTİSADİYYAT

Azərbaycan nefti neçəyə satılır?

Neft qiymətlərində son 12 ilin ən yaxşı yarım illik performansı qeydə alınıb. Qarşıdakı qısa müddətdə neft tələbatının tədarükü üstələyəcəyi gözlənilir
Sputnik

BAKI, 1 iyul — Sputnik. Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,10 dollar ucuzlaşaraq 75,95 dollar təşkil edib.

Dünya birjalarında neft qiymətləri bahalaşır.

"Brent" markalı neftin bir barelinin qiyməti 0,37 dollar artaraq 75,13 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,27 dollar bahalaşaraq 73,74 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Neft qiymətləri son 12 ilin ən yaxşı yarım illik performansını göstərir

Neft qiymətlərində son 12 ilin ən yaxşı yarım illik performansı qeydə alınıb. Əgər iyunun son günündə qiymətlərdə kəskin şəkildə ucuzlaşma qeydə alınmasa, bu, "qara qızıl"ın qiymətlərində 2009-cu ildən bəri ən yaxşı yarımillik göstərici olacaq. Ölkələrdə sürətlənən vaksinasiya sayəsində yaşanan bərpa prosesi və yanacaq istehlakındakı artım fonunda neft qiymətləri cari ilin ilk yarısını 50 faizdən çox artımla tamamlayır.

Qarşıdakı qısa müddətdə neft tələbatının tədarükü üstələyəcəyi gözlənilir

Analitiklərin fikrincə, OPEC+da əsasən Rusiya ilə Səudiyyə Ərəbistanı arasında fikir ayrılıqları var. Rusiya neft tədarükünün artırılmasını dəstəkləyir, Səudiyyə Ərəbistanı isə hasilatın tədricən artırılması variantını təklif edir. Qarşıdakı qısa müddətdə neft tələbatının tədarükü üstələyəcəyi gözlənilir. Peyvəndləmə artdıqca tələbatla bağlı narahatlıqlar da tədricən azalacaq.