Ukrayna millisi İsveç yığmasına qalib gələrək ilk dəfə AVRO-da dörddəbir finala yüksəlib

AVRO-2020-nin 1/8 finalında Ukrayna millisi İsveç yığmasını məğlub edib: Əlavə vaxtın ikinci hissəsində Artyom Dovbik sonuncu qolu vuraraq uakraynalılara qələbə qazandırıb.
Sputnik

BAKI, 30 iyun — Sputnik. Futbol üzrə Ukrayna milli komandası 1/8 finalda İsveç yığmasına qalib gələrək Avropa çempionatının dörddəbir finalına vəsiqə qazanıb.

Qlazqoda keçirilən oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Ukrayna komandasının heyətində Aleksandr Zinçenko (27-ci dəqiqə), isveçlilərin heyətində isə Emil Forsberq fərqlənib (43).

Əlavə vaxtda, 98-ci dəqiqədə isveçlilər meydanda azlıqda qalıblar - Markus Danielson qırmızı kart alıb. Əlavə vaxtın ikinci hissəsində Artyom Dovbik sonuncu qolu vuraraq uakraynalılara qələbə qazandırıb.

İyulun 3-də Romada keçiriləcək dörddəbir final oyununda ukraynalılar ingilislərlə üz-üzə gələcəklər.