Mətbuat mərkəzi

Dialoqa başlamalı: Rusiyanın təklifi müzakirə ediləcək

Aparılacaq fəal danışıqlar prosesi nəticəsində 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsinə mane olan əsas məsələlərin həll ediləcəyi gözlənilir.
Sputnik

Yaxın vaxtlarda bölgədə nəqliyyat yollarının bərpası üzrə Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli komissiyasının fəaliyyətə başlayacağı nəzərdə tutulur. Aparılacaq fəal danışıqlar prosesi nəticəsində 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsinə mane olan əsas məsələlərin həll ediləcəyi gözlənilir.

Rusiya tərəfi dəfələrlə üçtərəfli formatda məhsuldar dialoqa başlamaq arzusunda olduğunu ifadə edib. KİV-də Ermənistanda seçkiqabağı yarış bitəndən sonra kommunikasiya yollarının bərpası ilə bağlı proseslərin inkişaf edəcəyinə dair fikirlər səslənməyə başlayıb.

İyunun 6-sı, saat 12:00-da Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində keçiriləcək onlayn mətbuat konfransında Rusiya Federasiya Hökuməti yanında Maliyyə Universitetinin Krasnoyarsk filialının direktoru, "İnkişaf Komitəsi" ekspert klubunun rəhbəri, fəlsəfə elmləri namizədi Pavel Klaçkov bunun bölgədə iqtisadi əməkdaşlığa və yeni geosiyasi landşaftın yaradılmasına necə təsir edəcəyi barədə danışacaq.

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi