CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DTX və DİN Ağdamda əməliyyat keçiriblər

İşğaldan azad olunmuş Əliağalı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 106 kiloqram olan 1074 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Sputnik

BAKI, 30 iyun — Sputnik. "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş Əliağalı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 106 kiloqram olan 1074 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

İşğaldan azad edilən ərazilərdə əməliyyatlar

Bu yaxınlarda Xocalı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları da “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Çanaqçı kəndində külli miqdarda yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar etmişdilər.

RPŞ və Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının iyunun 20-də birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 1690 kiloqramdan artıq olan, 2 800 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.