Niderland millisi baş məşqçisi ilə vidalaşdı

Niderland Futbol Federasiyası isə öz növbəsində bildirib ki, baş məşqçi milli komandanı 1/4 mərhələyə çıxara bilmədiyi üçün onunla müqaviləyə xitam verilib.
Sputnik

BAKI, 29 iyun — Sputnik. Niderland millisinin baş məşqçisi Frenk de Bur postundan istefa verib. Sputnik Azərbaycan xəbər verir ki, mütəxəssis bildirib ki, Avro-2020-də Çexiya ilə oyundan sonra (0:2) komandada işləməyəcək.

Niderland Futbol Federasiyası isə öz növbəsində bildirib ki, baş məşqçi milli komandanı 1/4 mərhələyə çıxara bilmədiyi üçün onunla müqaviləyə xitam verilib.

51 yaşlı Frenk de Bur 2020-ci ilin sentyabrından Niderland millisinə rəhbərlik edib.

Futbol üzrə Avropa çempionatının 1/8 finalında Çexiya millisi azlıqda qalan Niderland yığmasını məğlub edib.

Budapeştdə keçirilən oyun 2:0 hesabı ilə Çexiyanın xeyrinə bitib. Qolları Tomaş Qoleş (68`) və Patrik Şik (80`) vurublar. Oyunun 55-ci dəqiqəsində matçın baş hakimi Sergey Karasyov VAR-ı izlədikdın sonra Niderland millisinin müdafiəçisi Matteys de Lixti meydandan qovub.

Moskva "Spartak"ının yarımmüdafiəçisi Kvinsi Promes sahəyə 57-ci dəqiqədə çıxaraq Doniell Maleni əvəzləyib. Əsas vaxtın sonuna beş dəqiqə qalmış sahəyə Promesin klub yoldaşı, çex Aleks Kral çıxaraq ilk qolun müəllifi Qoleşi əvəzləyib.