RUSİYA

Bakı-Moskva aviareyslərinin sayı bu gündən artırılır

Rusiya Federasiyası ölkənin aviaəlaqələri sahəsində bir sıra yumşalmalara gedərək mövcud reyslərin sayını artırıb.
Sputnik

BAKI, 28 iyun - Sputnik. Rusiya bu gündən, 28 iyundan başlayaraq koronavirus pandemiyasına görə Belçika, Bolqarıstan, İordaniya, İrlandiya, İtaliya, Kipr, Şimali Makedoniya və ABŞ-la kəsilmiş aviaəlaqəni bərpa edir.

İndi Belçikaya Moskva-Brüssel marşrutu ilə həftədə dörd dəfə uçmaq mümkün olacaq. Eyni sayda marşrut Moskva-Varna, Moskva-Sofiya, Moskva-Burqas (hər üçü Bolqarıstan) təşkil oluunacaq. Yekaterinburq-Burqas, Yekaterinburq- Varna, Mineralnıye Vodı-Varna, Samara-Burqas, Rostov-Varna, Rostov-Burqas marşrutları isə həftədə bir dəfə uçacaq.

İordaniyaya həftədə dörd reys olacaq. Moskva-Əmman və Moskva-Akaba reysləri hərəsi həftədə iki dəfə nəzərdə tutulur. İrlandiyaya aviareyslər həfətə iki dəfə olacaq Moskva-Dublinlə bərpa olunur.

İtaliyaya Moskva-Roma və Moskva-Milan (həfətədə dörd dəfə), Moskva-Venesiya və Moskva-Neapol (həftədə iki dəfə) reysləri olacaq. Kiprə Moskva-Larnaka (həftədə dörd dəfə), Moskva-Pafos (həftədə üç dəfə) reysləri təşkil ediləcək.

Həmçinin Şimali Makedoniyaya Moskva-Skopye (həftədə bir dəfə) təşkil olunması qərarlaşdırılıb.

Bundan əlavə, 28 iyundan etibarən ABŞ-a həftədə iki dəfə olmaqla Moskva-Vaşinqton və Moskva-Nyu York aviareysləri bərpa edilir.

Bır sıra ölkələrlə artıq mövcud olan aviaəlaqələrin sayı artırlıb. Bu sırada Azərbaycan da var. Belə ki, Moskva-Bakı aviareysləri həftədə üç dəfədən dörd dəfəyədək artırlılıb.